Lerikdə yolun bağlanmasına səbəb olan qaya parçası ərazidən götürülüb

13.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lerikdə yolun bağlanmasına səbəb olan iri qaya parçası ərazidən götürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçasının yola düşməsi nəticəsində Lerik-Piran-Veri-Dico yolu bir neçə gün bağlı qalıb.

Tikaband kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov APA-ya bildirib ki, iki gündür ərazidə görülən tədbirlərdən sonra iri qaya parçası ərazidən götürülüb.

Qeyd edək ki, sakinlər bu müddət ərzində Tikaband-Hücü-Dico yolundan istifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью