Lerikdə yük maşını aşdı Sürücü öldü

27.04.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Lerik rayonunda yük maşını dərəyə aşıb.

"Unikal" xəbər verir ki, hadisə Lerik rayonunun Nəsodi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. 

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью