Lerikin bu kəndlərində icra nümayəndəsi yoxdur

21.05.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Lerik rayonunun 4 kəndində ərazi icra nümayəndəsi yoxdur. Bu barədə AzPost rayon İcra Hakimiyyətinin saytına istinadla məlumat verir. Belə ki, rayonun Dəstər, Kələxan, Kirəvud, Şingədulan kəndlərində ərazi icra nümayəndələrinin adının qarşısı boşdur.

Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı  Əkbər Abbasovdur. Hazırda rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini postu da boşdur.

Xatırladaq ki, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev 2022-ci ildə vəzifəsindən azad edilib və bu günə kimi onun yerinə təyinat olmayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью