Lerikin icra başçısına ağır itki

13.03.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, icra başçısının atası Bəxtiyar Abbasov 74 yaşında vəfat edib.

Qeyd edək ki, Bəxtiyar Abbasov uzun müddət Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri vəzifələrində işləyib.

Mərhumun dəfn mərasimi sabah Şamaxıda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью