Lermontovun qətlinin yenidən araşdırılmasına dair xəbər təkzib edilib

21.02.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya İstintaq Komitəsi rusiyalı şair və dramaturq Mixail Lermontovun ölümü ilə bağlı təhqiqatın başlanmasına dair mətbuatda dərc edilən xəbərləri təkzib edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

"Agentliklərdən birinin Lermontovun qətlinin araşdırılması ilə bağlı yaydığı məlumat reallığı əks etdirmir" - Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunur.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev Rusiya İstintaq komitəsinin M.Lermontovun ölümü ilə bağlı təhqiqata başlaması ilə bağlı açıqlama verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью