“Lester” antirekordla İngiltərə tarixinə düşüb

08.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 31-ci turunda doğma meydanda "Lester" "Nyukasl"a 0:3 hesabı ilə məğlub olub. Sport24.az "Squawka"ya istinadən xəbər verir ki, "tülkülər" İngiltərə çempionatları tarixində ardıcıl səkkiz ev matçında heç bir qol vurmadan məğlub olan ilk komanda olub.

Ruud van Nistelroyun rəhbərliyi altında Premyer Liqada 18 matçda çıxan "Lester" iki qələbə qazanıb və bir heç-heçə edib.

Qeyd edək ki, komanda hazırda 17 xalla turnir cədvəlinin 19-cü pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью