“Lester” niderlandlı mütəxəssislə yolları ayırdı

27.06.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Lester Siti"nin baş məşqçisi Rud van Nistelroy komandadan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, niderlandlı 2024-cü ilin dekabrından komandaya başçılıq edib. Onun rəhbərliyi altında 27 oyun keçirən "Lester" 5 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 19 matçda məğlub olub. Mövsümün sonunda 18-ci olan komanda Premyer Liqanı tərk edərək Çempionşipə yuvarlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью