Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Bu, mənim iştirak etdiyim ilk COP-dur. Etiraf etməliyəm ki, COP29 mənim gözlədiyimdən də əhatəli oldu.

AZƏRTAC xəbər verir ki, bunu İngiltərənin Lester Universitetinin professoru Con Seymur Heslop-Harrison jurnalistlərə müsahibəsində deyib.

Professorun sözlərinə görə, biomüxtəlifliyə malik sahələrin qorunması yolu ilə kənd təsərrüfatını daha da genişləndirmək üçün gözəl imkanlar var. COP29 kənd təsərrüfatı genetikasını, bu sahə üzrə ali təhsil verən universitetlərin rolunu, biomüxtəlifliyin qorunub saxlanılması üsullarını müzakirə etmək, gələcək nəslə iqlim dəyişikliyi və onun təsirlərini azaltmaq yollarını aşılamaq üçün real fürsət yaratdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью