Lətif Hüseynov: Hakimlərin müstəqilliyinə müdaxilə edilə bilməz

14.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Məhkəmələrdə hakimiyyət bölgüsü heç zaman şübhə altına atılmamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov oktyabrın 14-də "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanunvericilik əsasında məhkəmə hakmiyyətin qurulması çox vacib bir məsələdir:

"Hakimlərin müstəqilliyinə heç kim müdaxilə edə bilməz. Bir hakimiyyət qolu digərinə qarşı dominant ola bilməz. Əgər tarazılıq pozularsa, bu, digər hakimiyyət qolunun müstəqilliyinə zərbə vura bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью