Icma.az bildirir, Axsham.az portalına istinadən.
Müğənni Lətifə “İncə səhər” verilişində ailəsi ilə bağlı duyğusal etiraflar edib.
Axşam.az xəbər verir ki, sənətçi etiraf zamanı bunları deyib:
"Anamın simasında bütün ailəmə etiraf edirəm: anama, övladıma, qardaşlarıma, hamıya… Sizi çox sevirəm, mənim üçün çox dəyərlisiniz. Həyatımın həm yaxşı, həm də pis günündə yanımda olursunuz. Bu, çox önəmlidir. Çox şanslıyam ki, ailəm hər zaman yanımdadır. Bəzən zaman azlığından bunu deyə bilmirik. Sizə minnətdaram. Nə yaxşı bu ailədə doğulmuşam və həyatımda siz varsınız".
Bir neçə gün əvvəl təqdim etdiyi "Ya devuşka vostoçnaya" klipindən danışan ifaçı "Çox böyük komanda işləyib, ən çox büdcə xərclədiyim klipim oldu. Bütün məqamlara diqqətlə yanaşılıb" sözlərini əlavə edib.
Qeyd edək ki, Xalq artisti Aygün Kazımovanın reperturaından olan mahnı Pop kraliçanın səhnə fəaliyyətinin 40 illiyinə həsr edilib.