Levandovski ABŞ yə nə üçün yollanıb?

14.06.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Robert Levandovski karyerasını Avropadan kənarda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, “Barselona”dan ayrılacağını açıqlayan hücumçu ilə onun meneceri Pini Zahavi MLS klubuna mümkün keçidi müzakirə etmək üçün ABŞ-yə yollanıblar. İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, “Çikaqo Fayr” rəhbərliyi 37 yaşlı polşalı hücumçuya 2-3 illik müqavilə təklif edib.
Həmçinin qeyd olunur ki, son seçim “Fənərbaxça”nın da transfer etmək istədiyi polşalı oyunçudan asılıdı.
Levandovski ötən mövsüm “Barselona”da 46 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью