Levandovski baş məşqçinin qərarından narazıdır

09.04.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Robert Levandovski "Barselona"nın "Atletiko" ilə UEFA Çempionlar Liqası 1/4 final oyununda erkən əvəzlənməsindən narazı qalıb.

Sportal.az xəbər verir ki, matçın ilk hissəsinin sonunda “Barselona” azlıqda qaldıqdan sonra fasilədə polşalı hücumçu və Pedri əvəzlənib, onların yerinə Fermín Lopez və Qavi meydana çıxıb.

Məlumata görə, Levandovski bu qədər vacib oyunda belə erkən əvəzlənmədən məyus olub və ikinci hissədə komandaya kömək edə biləcəyini düşünüb.

İlk hissədə o, qapıya 1 zərbə vurub, 6 ötürmə edib (4-ü dəqiq), həmçinin 2 dəfə hava mübarizəsində qalib gəlib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью