Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona"nın iki zədəli futbolçusu La Liqanın XI turunda "Elçe" ilə matç ərəfəsində sıraya dönüblər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, bunlar hücumçu Robert Levandovski və qapıçı Joan Qarsiyadır.
Polşalı forvard artıq kollektiv məşqlərə qatılır. Qolkiperin durumu isə bugünkü hazırlıq prosesində qiymətləndiriləcək.
Qeyd edək ki, "Barselona" "Elçe" ilə noyabrın 2-də qarşılaşacaq.
Nihat