Levandovski Çempionlar Liqasında 100dən çox qol vuran üçüncü futbolçu olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

27.11.2024

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi "Brest"lə matçda dubl etməklə nail olub.

Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

Qeyd edək ki, "Barselona" rəqibini 3:0 hesabı ilə üstələyib.

///Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью