Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
MLS təmsilçisi “Chicago Fire”in futbolçusu Robert Levandovski "Leagues Cup"da növbəti qolunu vurub.
İdman.Biz xəbər verir ki, polşalı hücumçu turnirin II turunda “Santos Laguna” ilə qarşılaşmada fərqlənib.
ABŞ təmsilçisi doğma meydanda Meksika klubunu 3:1 hesabı ilə məğlub edib.
Qonaqlar 20-ci dəqiqədə Ezequiel Bullaudenin qolu ilə hesabı açıblar. “Chicago Fire” ikinci hissədə geridönüşə nail olub. Philip Zinckernagel 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Robin Lod 90-cı dəqiqədə meydan sahiblərini önə keçirib.
Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Robert Levandovski yekun hesabı müəyyənləşdirib. Polşalı forvard rəqib qapıçının dəf etdiyi topu tamamlayaraq fərqlənib.
Bu, Levandovskinin “Chicago Fire”də üçüncü qolu olub. 37 yaşlı hücumçu bundan əvvəl MLS-də “Charlotte”a qarşı oyunda dubl edib.
Beləliklə, “Chicago Fire” "Leagues Cup"da keçirdiyi ilk iki oyunda iki qələbə qazanıb. Komanda turnirin ilk turunda “Necaxa”nı 2:0 hesabı ilə məğlub edib.