Levandovski “Fənərbağça ya transfer olacaq? Özü açıqladı

26.11.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbağça” klubuna transfer olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, futbolçu Türkiyə Superliqasında çıxış etmək niyyətində olmadığını bildirib. O, yanvarda komandasını dəyişməyi planlaşdırmasa da, “Barselona”nın yeni hücumçu transfer edəcəyi təqdirdə gələcəyi ilə bağlı qərarı yenidən nəzərdən keçirəcəyini də istisna etməyib.

Qeyd edək ki, daha öncə hücumçunun mövsümün sonunda "Barselona"dan ayrılacağının gözlənildiyi və klubun hələlik ona yeni müqavilə təklif etmədiyi məlumatları yayılmışdı.

Xatlrladaq ki, Robert Levandovski bu mövsüm "Barselona"da 12 oyunda meydana çıxıb və 7 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью