Levandovski karyerasını ABŞ da davam etdirəcək

19.06.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını Çikaqo Fayr komandasında davam etdirəcək.

Azpost.info bildirir ki, bu barədə Diario Sport xəbər verir.

37 yaşlı futbolçunun Amerika klubu ilə müqaviləsi iki illik olacaq və əlavə bir mövsüm üçün də seçim imkanı olacaq. Onun illik maaşı 10 milyon dollar olacaq.

Tərəflər artıq razılığa gəliblər. Rəsmi açıqlama gələn həftə baş tutacaq.

Levandovski əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-İttihad” klublarından gələn təklifləri rədd etmişdi.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью