Levandovski Madrid yolunda

18.10.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Atletiko Madrid" rəhbərliyi yeni mövsüm üçün hücum xəttini gücləndirmək planındadır.

Fanat.Az xəbər verir ki, Madrid klubu mövsümün sonunda “Barselona” ilə müqaviləsini yeniləməyəcək Robert Levandovskini transfer etmək niyyətindədir.

Məlumata görə, “Atletiko” rəhbərliyi polşalı hücumçunun təcrübəsini komandanın hücum xəttinə əlavə dəyər kimi görür. Klub mövsüm bitdikdən sonra Levandovski ilə danışıqlara başlamağa hazırlaşır.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədər olsa da, tərəflərin ayrılığı qaçılmaz hesab olunur.

37 yaşlı forvard bu mövsüm 9 matçda 4 qolla yadda qalıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью