Levandovski Messinin rekordunu təkrarladı

08.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqada qollarını sıralamaqdadır.

“Qafqazinfo” xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə “Betis”lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-a çatdırıb. 36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da Levandovski  Lionel Messiyə aid olan rekordu təkrarlayıb. “Barselona”nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı. 

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью