Levandovski Messiyə çatdı

08.12.2024

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Robert Levandovski La Liqada qol vurmağa davam edir. 

Apasport.az xəbər verir ki, polşalı forvard 17-ci turda ötən gecə "Betis"lə keçirilən oyunda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq mövsümdəki qol sayını 16-ya çatdırıb.

36 yaşlı futbolçunun La Liqada bu mövsüm oyun sayı da 16-dır.

Bununla da, Levandovski  Lionel Messiyə aid olan rekordu təkrarlayıb. "Barselona"nın keçmiş hücumçusu da 2018-2019 mövsümündə mövsümün ilk 16 oyununda 16 qol vurmağı bacarmışdı. 

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub, 2 qol ötürməsi edib.

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi Qasperini ən yaxşı adına layiq görülüb “Liverpul”un matçı təxirə salınıb “Trabzonspor” yenə xal itirdi Dünya çempionu üçün 100 milyon avro
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью