Icma.az bildirir, Idman.biz portalına istinadən.
ABŞ-nin “Çikaqo Fayr” futbol komandasının polşalı hücumçusu Robert Levandovski MLS-in müntəzəm çempionatında “Şarlott”la görüşün qəhrəmanı olub.
İdman.Biz xəbər verir ki, Çikaqodakı “Soldier Field” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Şarlott” 18-ci dəqiqədə Pep Bielin qolu ilə hesabı açıb. Cəmi 93 saniyə sonra Levandovski Filip Sinkernaqel və Conatan Bambanın qurduğu hücumu dəqiq zərbə ilə tamamlayaraq bərabərliyi təmin edib.
Polşalı hücumçu 68-ci dəqiqədə Robin Lodun ötürməsindən sonra topu yenidən rəqib qapısından keçirib. Bu qol “Çikaqo Fayr”a qələbə qazandırıb.
Bu, Levandovskinin “Barselona”dan keçidindən sonra yeni komandasında üçüncü rəsmi oyunu olub. O, “İnter Mayami” və “Nyu-York Siti” ilə görüşlərdə fərqlənə bilməsə də, “Şarlott”un qapısına vurduğu qollarla MLS-də ilk məhsuldar hərəkətlərini rəsmiləşdirib.
“Çikaqo Fayr” 29 xalla Şərq Konfransında dördüncü, 25 xalı olan “Şarlott” isə altıncı pillədə qərarlaşıb. Konfransa “Neşvill” başçılıq edir.