Levandovski MLS ə gedir: 2+1 illik təklif

13.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Barselona” ilə müqaviləsi başa çatan Robert Levandovski karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Çikaqo Fayr” polşalı hücumçunu heyətinə qatmaq istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

ABŞ klubu 37 yaşlı forvarda 2+1 illik müqavilə təklif edib. Azad agent statusunda olan Levandovski və onun agenti Pini Zahavi mümkün keçidi müzakirə etmək üçün ABŞ-a yollanıblar.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edirdi. O, 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində 46 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Montella: "Özümü Türkiyədə övladlığa götürülmüş kimi hiss edirəm" Çalhanoğlu ehtiyatlı danışdı - “Adları asan gəlir, amma...” DÇ 26-da növbəti skandal: İngiltərə millisi qarət olundu Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam” Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью