Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”dan ayrılan Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Polşalı hücumçu meneceri Piri Zahavi ilə birlikdə “Çikaqo”yla danışıqlar aparmaq üçün adıçəkilən ölkəyə yollanıb.
Levandovski ilə İtaliyanın “Yuventus” və Türkiyənin “Fənərbağça” klubu da maraqlanır.
37 yaşlı forvard ötən mövsümdə La Liqada 31 oyunda 14 qol vurub.