Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Levandovski okeanın o tayına yollana bilər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Barselona"nın və Polşa millisinin canlı əfsanəsi Robert Levandovski yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.
QOL.az xəbər verir ki, tanınmış jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, 37 yaşlı hücumçu karyerasını ABŞ-da, MLS liqasında davam etdirə bilər. Şimali Amerika təmsilçilərinin polşalı futbolçu ilə ciddi maraqlandığı və futbolçunun özünün də bu varianta isti yanaşdığı vurğulanır.
Xatırladaq ki, ulduz futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.