Levandovski: “Qızıl top”a layiq idim”

12.08.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Barselona”nın futbolçusu Robert Levandovski açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, “Qızıl top” mükafatını qazana bilməməsinə təəccübləndiyini söyləyib:

“2020-ci ildə “Qızıl top”a layiq idim. Nə üçün almadığımı başa düşmədim. Futbol bəzən siyasətdir. Belə deyim, futbolda biznes varsa, siyasət də var”.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən çempionatların tam keçirilməməsi nəzərə alınmış və “Qızıl top” mükafatı həmin il heç kimə təqdim edilməmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью