Levandovski sıradan çıxdı Kubok matçını buraxacaq

08.08.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın futbolçusu Robert Levandovski sıradan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı hücumçunun sol budunda əzələ ağrıları yaranıb. Polşalı forvard bu səbəbdən bazar günü “Joan Gamper” Kuboku uğrunda İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək matçı buraxacaq.

Təcrübəli futbolçunun hansı tarixdə yaşıl meydanlara qayıdacağı məlum deyil.

Qeyd edək ki, “Barselona” La Liqada yeni mövsümün ilk görüşünü avqustun 16-da “Malyorka”ya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью