Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşa futbol millisinin hücumçusu Robert Levandovski Türkiyədə görüntülənib.
İdman.Biz xəbər verir ki, “Barselona”dan ayrılan 37 yaşlı futbolçu ailəsi ilə birlikdə istirahət üçün Antalyaya yollanıb. Təcrübəli forvard sosial media hesabında şəhərdən fotolar paylaşıb.
Levandovskinin Türkiyəyə gəlişi futbol azarkeşləri arasında böyük maraq doğurub. İzləyicilər onun sadəcə tətil üçün deyil, transfer görüşməsi məqsədilə də Türkiyəyə gəlmiş ola biləcəyi barədə şərhlər yazıblar.
Polşalı ulduzun gələcəyi hələlik dəqiqləşməyib. “Barselona” ilə yollarını ayırdıqdan sonra onun adı MLS və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.