futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, MLS klubları polşalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
MLS-də adı açıqlanmayan iki klub Levandovskini heyətinə qatmaq istəyir. “Barselona” ilə müqaviləsi mövsümün sonuna kimi olan forvard hələ qərarını verməyib.
37 yaşlı futbolçu bu mövsüm 32 oyunda 11 qol vurub.