Levandovski üzüzə gəldiyi ən güclü müdafiəçilərin adlarını dedi

22.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın və Polşa millisinin hücumçusu Robert Levandovski ən çox hansı müdafiəçilərə qarşı oynamağa çətinlik çəkdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinandın "YouTube" kanalının qonağı olan 36 yaşlı forvard sualı belə cavablandırıb:

"Serxio Ramos və Vensan Kompanini fərqləndirərdim. Bu futbolçulara qarşı oynamaq mənim üçün həmişə çətin olub".

Qeyd edək ki, cari mövsüm "Barselona" forması ilə bütün turnirlərdə 17 matça çıxan Levandovski 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью