Levandovski yorulduğunu etiraf etdi

27.03.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Barselona”nın hücumçusu Robert Levandovski son oyunlarda fiziki cəhətdən yorğun olduğunu bildirib.

QOL.az “Barca Universal”a istinadən xəbər verir ki, 36 yaşlı forvard artıq özünü daha yaxşı hiss etdiyini deyiib:

“Son matçlarda o qədər yorğun idim ki, hətta sağ ayağımla təpik də vura bilmirdim. İndi özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, bu enerjimi qoruyub saxlayacam”.

Qeyd edək ki, Levandovski bu mövsüm bütün yarışlarda 40 matçda iştirak edib, 35 qol vurub və 3 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью