Levandovskidən unikal rekord

19.03.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda iki qol vuraraq, rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Məlumata görə, bununla da o, Çempionlar Liqası matçında iki qol vuran ən yaşlı oyunçu olub (37 yaş 209 gün).
Beləliklə, Levandovski 37 yaş 86 günlüyündə bu nəticəyə nail olan Filippo İnzaqinin rekordunu yeniləyib.
İnzaqi bu qolları 2010-cu ilin noyabr ayında “Milan”ın heyətində “Real Madrid”ə qarşı oyunda vurub.
Qeyd edək ki, 2025/26 mövsümünün Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” “Nyukasl”ı 7-2 hesabı ilə məğlub edib.
İki matçın ümumi hesabı Kataloniya klubunu turnirin 1/4 finalına yüksəldib. “Barselona” 1/4 finalda “Atletiko Madrid”lə qarşılaşacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью