Levandovskinin həyat yoldaşı: Onun Barselona dakı son mövsümüdür

31.01.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Levandovskinin həyat yoldaşı: "Onun "Barselona"dakı son mövsümüdür"

"Barselona"nın futbolçusu Robert Levandovski klubdan ayrılmağa yaxındır.

QOL.az-ın məlumatına görə, polşalı hücumçunun həyat yoldaşı Anna Levandovskaya onun klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

O, 37 yaşlı futbolçunun karyerasının artıq son mərhələsinə yaxınlaşdığını vurğulayıb:

“Ümid edirəm ki, Robert haqqında hələ uzun illər danışılacaq və azarkeşlər onu unutmayacaq. Çünki Robert həqiqətən böyük işlər görüb. Onunla qürur duyuram. Bilirəm ki, o, hər il bu barədə düşünür, amma eyni zamanda anlayıram ki, karyerası sona yaxınlaşsa da, hələ bitməyib. ‘Bundan sonra nə olacaq?’ sualı yaranır, lakin bu, böyük idmançının yoludur.

“Barselona”da mövsümün necə keçəcəyinə baxacağıq. Çünki yəqin ki, bu, ərimin klubdakı son mövsümüdür. Ona görə də hər anın, hər oyunun, azarkeşlərlə hər görüşün dadını çıxarmaq lazımdır”.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi qarşıdan gələn yayda başa çatır. Polşalı hücumçu 2022-ci ilin yayından Kataloniya təmsilçisində çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 25 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью