Levandovskinin Yeni il təbriki İdman və Biz

01.01.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Polşa millisi və "Barselona"nın hücumçusu Robert Levandovski sosial şəbəkə hesabında Yeni illə bağlı təbrik paylaşıb.

İdman.biz xəbər verir ki, paylaşımda 36 yaşlı futbolçunun ailəsi ilə birlikdə şəkli də yer alıb.

"Ötən ilə minnətdarlıq və qarşıda olacaqlar üçün həyəcan hissi ilə...
Hamıya 2025-ci ilin sevincli və uğurlu keçməsi diləyi ilə!
Bunu dəyərləndirək!", - deyə Levandovski yazıb.

Qeyd edək ki, polşalı forvard bu mövsüm 16 qolla La Liqanın ən məhsuldar futbolçusudur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью