Levandovskiyə görə aşpazı işdən qovdular

02.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Barselona"nın aşpazı Robert Levandovskinin oyunçulara verilən yeməyin keyfiyyəti ilə bağlı şikayətindən sonra işdən çıxarılıb.

Fanat.Az-ın "Football Espana"ya istinadən məlumatına görə, polşalı hücumçu komandanın baş məşqçisi Hans-Diter Flikə pis hazırlanan yumurtaların ona narahatlıq yaratdığını bildirib.

Alman məşqçi klub rəhbərliyinə aşpazın yüksək tələblərə cavab vermədiyini bildirib və onun başqası ilə əvəzlənməsini istəyib. Futbolçuların qidalanmasına ciddi şəkildə diqqət ayıran almaniyalı mütəxəssis "Barselona"ya özü ilə fərdi pəhriz proqramları hazırlayan nutriloq da gətirib.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm Kataloniya komandasında meydana çıxdığı 24 oyunda 23 qola və 2 məhsuldar ötürməyə imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью