Leverkuzendən Liverpula üz tutacaq

18.05.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

[b][/b]Ceremi Frimponq yayda klubunu dəyişəcək.
“Bayer-04”ün futbolçusu “Liverpul”la anlaşıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, İngiltərə klubu 24 yaşlı cinah müdafiəçisinin transferi üçün 35 milyon avro ödəyəcək. Niderlandlı oyunçu yaxın zamanda yeni klubu üçün tibbi müayinədən keçəcək. Sonra isə onunla 5 illik müqavilə imzalanacaq.
Cereminin Leverkuzen klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdi. O, bu mövsüm “Bayer-04”ün heyətində 48 oyuna çıxaraq 5 qol vurub və 12 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью