Leverkuzeni Madridə dəyişir

14.06.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Atletiko" ekvadorlu futbolçunun keçidini həll etmək üzrədir. Bu barədə ESPN məlumat yayıb.

Klublar 23 yaşlı mərkəz müdafiəçisinin transferi üçün 40 milyon avroya anlaşıb. Oyunçu Madridə gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə  yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью