Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Konfrans Liqasının 3-cü mərhələsinin cavab görüşündə "Sabah"la qarşılaşacaq "Levski"nin Bakıya səfər planları bəlli olub.
Bu barədə Fanat.Az-a paytaxt təmsilçisinin sözçüsü Elnur Həmidov məlumat verib.
Klub rəsmisi Bolqarıstan təmsilçisinin Bakıya avqustun 13-də, günorta saatlarında gələcəyini açıqlayıb. "Bayquşlar"ın rəqibinin "Hilton" hotelində məskunlaşacağı bildirilib.
Qeyd edək ki, avqustun 14-də Masazırda "Bank Respublika" stadionunda keçiriləcək “Sabah” - “Levski” matçı saat 20:00-da başlayacaq. Tərəflərin ilk görüşündə Bolqarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Mirağa