Levski Sabah matçının biletləri satışa çıxarıldı

01.08.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə meydan sahiblərinin mətbuat xidməti məlumat yayıb.

Qiymətlər sektoralara uyğun olaraq 27-170 lev (26-168 manat) aralığında dəyişir.

Azarkeşlər avqustun 1-dən 3-dək, bazar günü daxil olmaqla, yalnız 2025/2026 mövsümü üçün platin üzvlik kartları olanlar biletləri əldə edə biləcəklər. Avqustun 4-də isə qızıl üzvlük kartlarına sahib olanlara bilet satılacaq. Növbəti gün isə istənilən şəxs bilet əldə edə biləcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.

Zamiq Əliyevin komandası növbəti mərhələdə "Zirə" Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB KL: “Başakşehir” evdə darmadağınla növbəti tura yüksəlib - YENİLƏNİB "Araz-Naxçıvan" növbəti mərhələdə - YENİLƏNİB AL: "Beşiktaş" "Şaxtyor"la bacarmadı - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью