Lexia Polşa çempionatından qovulur | Icma.az
Icma.az bildirir, Fanat portalına istinadən. Polşa Futbol Assosiasiyasının Lisenziyalaşdırma Komitəsi Ekstraklasa təmsilçisi "Lexia Qdansk"
Fanat.Az xəbər verir ki, qurumun qərarı federasiyanın mətbuat xidməti vasitəsilə açıqlanıb.
Oxşar qərar Polşanın ikinci divizionunda çıxış edən "Kotvitsa" haqda da verilib.
Klublar maliyyə ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyiblər.
"Lexia" və "Kotvitsa" qərardan 5 gün ərzində şikayət edə bilərlər.
Oynanılan 18 turun nəticələrinə əsasən, "Lexia" Ekstraklasanın turnir cədvəlində sondan əvvəlki - 17-ci yeri tutur. Onun cəmi 14 xalı var.
Polşa Ekstraklasasında fasilə fevralın əvvəlində başa çatacaq.
Sözügedən komanda 2025-ci ilin ilk rəsmi oyunununda “Motor”la qarşılaşmalıdır, lakin lisenziyanın dayandırılması səbəbindən klubun taleyi hələlik sual altındadır.
Tam oxu
Xəbəri oxu