Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
“Lexus” Çində ilk avtomobilini istehsal etməyə hazırlaşır. 2027-ci ildə təqdim olunması planlaşdırılan model tam elektrikli SUV olacaq.
“Bakupost” xəbər verir ki, avtomobil “Toyota”nın Şanxayın Tszinşan bölgəsində inşa etdiyi zavodda istehsal ediləcək. İlk mərhələdə ayda təxminən 1 000 avtomobil buraxılması nəzərdə tutulur.
Zavodda ənənəvi konveyer əvəzinə avtomobillərin montaj məntəqələri arasında öz-özünə hərəkət etdiyi sistem tətbiq olunacaq.
Modelin batareya növü hələ açıqlanmayıb. Çində istehsal “Lexus”a idxal avtomobillərinə tətbiq edilən 15 faizlik gömrük rüsumundan yayınmağa və yerli markalarla rəqabətdə qiymət üstünlüyü qazanmağa imkan verə bilər.
Vüsalə Hüseynova,
BakuPost