“Lexus” sürücüsü məsuliyyətdən yayınmaq üçün özünü qardaşı kimi təqdim etdi

03.02.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Binəqədi rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən qayda pozuntusu səbəbi ilə saxlanılan “Lexus” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün qəribə üsula əl atıb.

Avtosfer.az teleqraf.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Cavid Rəhimov (ad-soyad şərtidir) polis əməkdaşına özünü başqa şəxs kimi təqdim edib.

Yol polisi əməkdaşları tərəfindən şəxsə dəfələrlə özünü doğru təqdim etməsi bildirilsə də, sürücü polis əməkdaşına qardaşının şəxsiyyət vəsiqəni uzadıb və inadkarlıqla adının Ramil olduğunu bildirib.

Saxlanılaraq polis şöbəsinə gətirilən vətəndaşın həmin maşının idarə etməsi üçün etibarnaməsi olmadığı, özünün isə yol hərəkəti qaydalarını pozmasına görə 17 balı olduğu müəyyən edilib.

Yol polisinin qanuni tələblərinə tabe olmamaqla uzun müddət iş rejiminin pozulmasına və əlavə vaxt itikisə səbəb olan şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəmyə göndərilib. Məhkəmənin qərarına əsasən, C.Rəhimov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью