Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Almatı-Bişkek şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Kazinform”a istinadən xəbər verir ki, Almatı-Bişkek şosesinin 107-ci kilometrliyində “Lexus” və “Toyota Alphard” markalı avtomobillər toqquşub. Polisin məlumatına görə, “Lexus”un sürücüsü qarşıdakı zolağa çıxıb. Qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib. İstintaq başlanılıb.