Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün ABŞ yazıçısı Hovard Fastın doğum günüdür.
Kulis.az onun əsərlərindən deyimləri təqdim edir.
Uzaqdakı dağ insana təpə kimi görünə bilər.
*
Mənim üçün yazmadan keçən bir gün itirilmiş, hədər getmiş bir gündür.
*
Uşaq ikən uşaq olmaq fürsəti tapmasan, böyüyə bilməzsən.
*
Həyat üç şeyin üzərində dayanır: Qanunda təsbit olunmuş ədalət, dünyada təsbit olunmuş həqiqət və qəlbinizdə yer alan insan sevgisi.
*
Deyək ki, mehribanlıq mənə çox ucuza başa gəlir, amma əvəzini bol-bol verir.
*
Birinci qayda: məcburiyyət yaranmadıqca qüvvələrinizi heç vaxt bölməyin. İkinci qayda: döyüşəcəksinizsə hücum edin, hücum etməyəcəksinizsə döyüşdən qaçın. Üçüncü qayda: döyüşün vaxtını və yerini özünüz seçin, bu seçimi heç vaxt düşmənə buraxmayın. Dördüncü qayda: nə olur-olsun mühasirəyə düşməkdən çəkinin. Sonuncu qayda isə düşmənə ən zəif yerində hücum edib onu məhv etməkdir.
*
Yalnız əzab çəkən insanlar yaşın gətirdiyi itkiləri və izləri büruzə verirlər.
*
İnsan ya Tanrının bir parçasıdır, ya da bir vəhşidir. Vəhşilər sevgini, qorxunu, nifrəti və aclığı bilirlər, lakin vəcdə gəlməyi bilmirlər.
*
Siyasət bir yalan, tarix isə bu yalanın qeydiyyatıdır.
*
Bir münasibəti gizlətməyin ən asan yolu onu gizlətməyə çalışmamaqdır.
*
Hərbçilər hakimiyyətə gələndə namuslu insanlar onların idarə etdiyi iplərlə rəqs edirlər. Həyatınız artıq sizə məxsus olmur.
*
Yəqin ki, zaman-zaman sizə kədər və əzab vermişəm, amma heç vaxt qəsdən utanc və narahatlıq yaratmamışam.
*
Ləyaqət işdə deyil, işçidədir.
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva
44 - Anar Şamilin yeni hekayəsi "Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq "Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri