Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AB münaqişənin başlanmasından bəri Ukraynaya dəstək məqsədilə artıq 235 milyard avro vəsait xərcləyib, lakin bu məbləğ kifayət deyil.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
O bildirib ki, 2026 və 2027-ci illəri əhatə edən AB proqramı çərçivəsində 90 milyard avro vəsaitin ayrılması nəzərdə tutulsa da, 2027-ci ildə Ukraynanın daha 70 milyard avroya ehtiyacı olacaq.