Leyen: Aİ Trampla sərt danışıqlara hazırdır

04.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampla gömrük siyasəti və əlavə rüsumlarla bağlı sərt danışıqlara hazırdır". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Brüsseldə Aİ səfirləri ilə görüşündə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, hazırda birliyin prioritet vəzifəsi ən mühüm təchizat zəncirlərindən tutmuş ən son texnologiyalara qədər bir çox sahələrdə işləməkdir. Bu, hər hansı narazılığı aradan qaldırmaq və daha güclü tərəfdaşlığın əsasını qoymaq üçün lazımdır:

"Lazım gəlsə, sərt danışıqlara hazır olacağıq".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью