Leyen: “Aşkar üstünlüklər artıq yoxa çıxıb

27.08.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AK prezidentin Avropanın Rusiya enerjisindən asılılığını etiraf edib

“Avropa Birliyinin iqtisadi rifahı Rusiyadan gələn enerjiyə, Çinə ixracata və artıq mövcud olmayan Qərbin texnoloji dominantlığına əsaslanırdı”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Parisdə keçirilən biznes forumunda Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib.

"Uzun müddət Avropa iqtisadi modeli bir neçə aşkar şeyə əsaslanırdı: Rusiyadan idxal edilən ucuz enerji mənbələri, açıq qlobal ticarət, Çində artan bazar çıxışı, ABŞ-dan strateji qorunma və Qərbin texnoloji liderliyi. Bütün bu aşkar üstünlüklər artıq yoxa çıxıb", - deyə o bildirib.

Lakin siyasətçi qlobal ticarətin pozulmasının və Rusiyadan enerji təchizatının bloklanmasının Avropa Komissiyası tərəfindən hazırlanmış sanksiyaların birbaşa nəticəsi olduğunu qeyd etməyib. O, AK-nın gələcəkdə Avropa bizneslərini xilas etməyə kömək edəcəyinə söz verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью