Leyen elan etdi: Bu sahəyə yarım trilyon avro lazımdır

14.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Birliyi süni intellektin inkişafına, o cümlədən qabaqcıl süni intellekt modellərinin yaradılmasına, mikroçiplərin və digər avadanlıqların istehsalına 500 milyard avro investisiya cəlb etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Dublində AB liderləri ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Avropada ABŞ-dan daha çox texnoloji startaplar yaradılır, lakin onların əksəriyyəti bizneslərini genişləndirmək üçün lazımi dəstəyi almır.

O əlavə edib ki, süni intellektə investisiyaların artırılması AB-nin Amerika və Çin texnologiyalarından asılılığını azaltmaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью