Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Seutadan gələn görüntülər qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen özünün X səhifəsində yazıb.

“Qaydalarımıza əməl etmədən heç kimin Birliyimizə gəlməsinə icazə verə bilmərik. Təhlükəli keçidlər dərhal dayandırılmalı, qaçaqmalçılıq şəbəkələri dağıdılmalıdır. Qanunlarımızın nəzərdə tutduğu qaydada geri qaytarmalar operativ şəkildə həyata keçirilməlidir”, - o vurğulayıb.

Qeyd edək ki, Seutaya soxulan 50 minə yaxın miqrant avtomobilləri yandırır, mağazaları qarət edir, şəhər küçələrində xaos yaradırlar. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 19 nəfər həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью