Leyen Ukrayna ilə bağlı xoş xəbəri açıqladı

01.12.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müəyyən irəliləyiş əldə edib və düşünürük ki, yaxın zamanda müaqişə bitə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen “X” sosial şəbəkəsində məlumat verib.

Fon der Leyenin sözlərinə görə, dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron və digər Avropa ölkələrinin başçıları arasında səmərəli müzakirə aparılıb.

“Biz yaxşı irəliləyiş əldə etdik və bu həftə təkliflərimizi təqdim etməyi planlaşdırırıq”, – AK rəhbəri qeyd edib.

Bundan əvvəl Makron Parisdə Zelenski ilə görüşüb. Yelisey sarayının açıqlamasına görə, tərəflər Cenevrə danışıqları və ABŞ-ın təqdim etdiyi çərçivə əsasında Ukrayna üçün mümkün sülh sazişinin şərtlərini müzakirə ediblər.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью