Leyen Zelenskidən inciyib

23.01.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqını tənqid etməsindən inciyib.

Modern.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Zelenski Davosda çıxışı zamanı Avropa müttəfiqlərinin real addımlar atmaq əvəzinə bəyanatlarla kifayətləndiyini deyib və Aİ-ni hərəkətsizlikdə ittiham edib. O, Avropa İttifaqının zəifliyindən danışarkən, Qrenlandiyaya göndərilən məhdud hərbi kontingentin yanlış mesaj verdiyini, bunun Rusiya və Çin üçün təhlükəli siqnal olduğunu bildirib.

Buna cavab olaraq Ursula fon der Leyen Aİ-nin Ukraynaya dəstəyinin sözlərlə deyil, konkret rəqəmlərlə ölçüldüyünü vurğulayıb. Onun sözlərinə görə, son dörd ildə Kiyevə 193 milyard avro həcmində yardım ayrılıb və növbəti iki il üçün daha 90 milyard avro nəzərdə tutulub. Avropa Komissiyasının sədri bu rəqəmlərin “öz-özünə hər şeyi izah etdiyini” deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью